AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Prezidentinin Bakıya səfəri çox böyük əhəmiyyət daşıyır

  • + A
  • - A
  • 4-06-2023, 14:14

    İsrail Prezidentinin Bakıya səfəri çox böyük əhəmiyyət daşıyır

    “Əlaqələrin 90-cı illərin əvvələrinə söykənən kökləri var. 1990-cı illərdən İsrail Azərbaycanda səfirliyini açıb, beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyib. İsrailin dövlət kimi dəstəyi ilə yanaşı, yəhudi diasporu da Azərbaycanın yanında olub, dəstək verib. İsrail özündə olan və çox ölkəyə satmadığı silah-sursatı Azərbaycana verib. Bizim Qarabağ müharibəsində qələbə qazanmağımızda İsrail silahlarının böyük rolu olub. Bu gün də Azərbaycan İsraildən yeni silah və texnikalar alır. Yüksək texnologiya, silah, kənd təsərrüfatı, səhiyyə, təhsil və bir çox sahələrdə İsrailin əldə etdiyi uğurlar göz önündədir. Bu uğurların Azərbaycanda tətbiqi baxımından səfər xüsusi əhəmiyyət daşıyır”.
    “Regionumuzda müəyyən problemlərin baş verdiyini görürük. Siyasi nizam, siyasi arxitektura yenidən qurulur. Təhdidlərə qarşı birgə məsləhətləşmələrin aparılması və təhdidlərə qarşı birgə cavab verilməsi baxımından bu səfər əhəmiyyətlidir. Biz hansısa dövlətlə əlaqəmizi onun digər dövlətlə münasibətlərinə uyğun qurmuruq. Bu, bizim müstəqil siyasətimizdir. Hansısa qonşumuz bu məsələdən narahat olub, hansısa fikirlər səsləndirə bilər. Buna baxmayaraq, Azərbaycan düz yoldadır. Özünün təhlükəsizliyini təmin edir. Azərbaycan ayrı-ayrı dövlətlərlə öz əlaqələrini qurur. Biz müsəlman ölkəsi olaraq müsəlman ölkələri ilə əlaqələrimizi daha da möhkəmləndiririk. Digər yandan başqa ölkələrlə də əlaqə yaradaraq öz silah sənayemizi, kənd təsərrüfatımızı və digər sahələrimizi daha da inkişaf etdiririk. Hesab edirəm ki, bu səfər əlaqələri daha da gücləndirəcək. İsraildə böyük Azərbaycan diasporunun mövcud olduğunu da nəzərə almaq lazımdır. İsraildə çoxlu sayda azərbaycanlı yaşayır. Bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək”.

    Milli Məclisin deputatı Ceyhun Məmmədov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR