AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən ay 70 diplom tanınmayıb

  • + A
  • - A
  • 5-03-2021, 19:10


    Fevral ayı üçün təhsillə bağlı sənədlərin tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

    Bildirilib ki, fevral ayı üzrə ortalama baxılmış 274 müraciətin 204-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 70 müraciət barədə isə mənfi qərar qəbul olunub.

    Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 45, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 23, akkreditasiyası olmayan ali təhsil müəssisəsində təhsil alması səbəbi ilə 1 və qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    İxtisas seçimlərində iqtisadiyyat üzrə 47, hüquqşünaslıq üzrə 41, tibb üzrə 32, maliyyə üzrə 27, menecment üzrə 20, biznesin idarə edilməsi üzrə 18, mühəndislik üzrə 14, beynəlxalq münasibətlər üzrə 14, mühasibat uçotu üzrə 8, turizm üzrə 7, kompüter elmləri üzrə 5, tarix üzrə 3, riyaziyyat üzrə 3 və digər ixtisaslar üzrə 35 nəfər müraciətçi qeydə alınıb.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 74, Ukraynadan 71, Türkiyədən 70, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 6, Polşadan 4, İtaliyadan 4, Şimali Kipr Türk Respublikasından 4, Çin Xalq Respublikasından 3, Belarus Respublikasından 3, Macarıstandan 3, Efiopiyadan 2, İsveçrədən 2, ABŞ-dan 2 və digər ölkələrdən 9 nəfərin yer aldığı müşahidə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR