Vətənin dar günündə öndə gedən xanım – Vəsilə Abulova
Bütün xalq üçün sınaq olan 44 günlük Vətən Müharibəsi geridə qaldı.
Müharibə dövründə hərə öz bacardığı qədər dövlətin və ordunun yanında oldu, əlindən gələni əsirgəməməyə çalışdı. Nəzərə alaq ki, Vətən Müharibəsindən öncə aylardır ki, ölkə Pandemiya şəraitində yaşayırdı. Bütün dünyada olduğu kimi ölkədə iqtisadi çətinliklər, iş yerlərinin bağlanması problemi vardı. Yani desək ki, Vətən Müharibəsindən öncə Pandemiya insanlarımıza bir olmağı, çətin gündə bölüşməyi aşılamağı öyrətdi, yanılmarıq.
Ağır günlərdə bəylərimizlə yanaşı, sahibkar xanımlarımız da gecə-gündüz demədən dövlətinin yanında oldu, köməyini əsirgəmədi. Bu gün sizə bir xanım barədə söhbət açacağam. O xanım ki, istər pandemiya dövründə, istərsə də Vətən Müharibəsi dövründə bütün bacarığı ilə xalqının, dövlətinin yanında oldu. O, ADY-nin maliyyə idarəsinin rəis müavini Vəsilə xanım Abulovadı. Vəslilə xanım dövlət məmuuru olmaqla yanaşı həm də sahibkar, iş xanımıdır.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının üzvüdür. Pandemiya dövründə ərzaq və digər maddi yardımları ilə iş yerlərini itirmiş vətəndaşların yanında olan Vəsilə xanım Vətən Müharibəsi dövründə əsgərlərimizə edilən yardımları ilə kifayətlənmədi, bacardığı qədər Qazilərimizin, şəhidlərimizin ailəsinin yanında olmağa çalışdı. O, bu gün də xeyirxah ənənəsinə sadiq qalır, üzünü ona tutan hər kəsi razı salmağa çalışır.
Müharibəni Zəfərlə başa vursaq da, müharibənin fəsadlarının aradan qaldırılmasına illər lazım. Vəsilə xanım Müharibə dövründə olduğu kimi, yenə də müharibədən zərərşəkmişlərin yanındadır, bacardığı qədər onların problemlərinə dəstək olmağa çalışır. Ölkəmizdə pandemiya dövrü əvvəlki kimi ağır olmasa da, hələ də davam edir. Hələ də iş yerləri açılmayan vətəndaşlarımız var. Vəsilə xanım bu qədər işləri, qayğıları olmasına rəğmən, onları da həmişə diqqətdə saxlayır. Bir sözlə, Vəsilə xanım Abulova üzvü olduğu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının sahibkar xanımlarıyla Vətənin, Dövlətin xidmətindədir. Vəsilə xanıma bu nəcib və şərəfli işində yorulmamağı arzulayır, gələcək işlərində uğurlar arzulayırıq.
Vətən sizin kimi xanımlarla fəxr edir, Vəsilə xanım!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR