AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatın kitabı işıq üzü gördü

  • + A
  • - A
  • 19-05-2021, 20:43


    Deputat Ceyhun Məmmədovun “Cəmiyyət, şəxsiyyət, təhsil, din” kitabı işıq üzü gördü. Kitabda şanlı Azərbaycan tarixinin ən yeni dövründə baş vermiş mühüm hadisələrə, dinimizin, təhsilimizin, mədəniyyətimizin tarixinə nəzər salınmışdır. Son dövrdə baş verən inkişaf və müsbət dəyişikliklərlə zəngin olan ən yeni tariximiz haqqında bir çox yazılara yer verilmişdir.
    Kitabda bölmələr üzrə Cəmiyyətdə baş verən mühüm hadisələrdən, müasir gəncliyin formalaşmasına təsir edən əsas amillərdən, təhsilimizin, dinimizin tarixi köklərindən və bugünkü vəziyyətindən geniş bəhs olunur.

    Məlum olduğu kimi, Azərbaycanda dövlətin təhsilə olan qayğısı hər zaman yüksək olmuşdur. Bütün dünyanı bürüyən pandemiya da Azərbaycanda təhsilə ciddi zərbə vura bilməmiş və təhsil arxa plana keçməmişdir. Bunun üçün çevik və məqsədyönlü addımlar atılaraq distant təhsil ilə bu boşluq müəyyən qədər aradan qaldırılmışdır, - deyən C.Məmmədov Azadmedia.az-a bildirib ki,
    digər bölmədə dövlət və xalq üçün ən həssas məsələlərdən olan din haqqında ətraflı məlumat yer almışdır. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində, tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rolu xüsusi qeyd edilərək geniş şərh olunmuşdur.
    Kitabda işğaldan azad edilən ərazilərdə Ermənistanın törətdiyi vəhşilikllərə də geniş yer verilmişdir. Ermənilərin dini və mədəniyyət abidələrimizi darmadağın etməsinə diqqəti çəkilərək həmin vəhşiliyinin faktlarla təqdim edilməsinə çalışılmışdır.
    Kitabda 44 günlük Vətən müharibəsi zamanı baş verən mühüm hadisələrə də geniş yer verilmişdir. Sevindirici haldır ki, haqlı davamızda bu vəhşiliklərin, faciələrin qisasını müəyyən qədər ala bildik. Uzun illərin məşəqqətli günlərindən sonra Şəhidlərimizin ruhu rahatlıq tapdı.
    Onu da unutmayaq ki, müharibə bitsə də mübarizə bitməyib. Odur ki, xalqımızın başına gətirilən faciələri daim xatırlamalı, təhlil etməli, yazılarımızla indiki və gələcək nəsillərə çatdırmalıyıq. Ümid edirik ki, kitab bu baxımdan da faydalı olacaq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR