AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LDU "Qazilərin incidilməsi" məsələsinə aydınlıq gətirdi

  • + A
  • - A
  • 6-06-2021, 13:51


    Bəzi media qurumlarında və sosial şəbəkələrdə “Lənkəran Dövlət Universitetində qazilərimizi incidirlər” başlığı altında paylaşılan məlumatlar həqiqəti əks etdirmir və yalandır. Bu məlumat yayımlanarkən nə universitetin mətbuat xidməti , nə də rəsmi şəxsləri ilə əlaqə saxlanılmamışdır.
    Bu barədə Azadmedia.az-ın sorğusuna cavab olaraq LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova yayılan yazılara münasibət bildirərkən deyib.

    Esmira xanım bildirib ki, yazıda adı keçən Ağsu rayonundan olan 1999-cu il təvəllüdlü Əsgərov Hakim Arif oğlu LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə 3-cü kurs (qiyabi) tələbəsidir. Sözügedən tələbə bundan əvvəlki imtahan sessiyasına buraxılmasına görə heç bir problem yaşamayıb və bu dəfəki imtahan sessiyasına da həm o, həm də digər müharibə iştirakçıları buraxılacaq.
    LDU sözçüsü bir daha bildirdi ki, bu günə kimi Vətən müharibəsində iştirak edən tələbələrin heç biri, o cümlədən, Hakim Əsgərov imtahanlarla , universitetdən onlardan ödəniş tələb olunması ilə bağlı rəhbərliyə, aidiyyatı şəxslərə müraciət etməyiblər. Hakim Əsgərov qiyabiçi tələbə olduğundan iyun ayının 21-dən imtahan sessiyasına qoşulmalıdır və bu istiqamətdə universitet tərəfindən ona və digər müharibə iştirakçılarına sessiyanı uğurla başa vurmaları üçün lazımi şərait yaradılacaqdır.
    Sonda E. İsmayılova saytımız vasitəsilə nəzərə çatdırdı ki, Vətən müharibəsində iştirak edən tələbələr onları narahat edən məsələlərlə bağlı bazar ertəsi - 7 iyun tarixindən başlayaraq universitetin tədris şöbəsinə və müvafiq fakültə dekanlığına müraciət edə bilərlər.
    Belə həssas mövzu ilə bağlı paylaşım edən informasiya portallarına, sosial şəbəkə istifadəçilərinə bir daha bildirmək istəyirik ki, LDU-nun mətbuat xidməti 24 saat ərzində bütün sorğuları cavablandırmağa hazırdır və yoxlanmamış, həqiqətə əsaslanmayan, obyektivlikdən uzaq materialları yayımlamaqla universitetimizin adına kölgə salmayın. Həqiqət hamımız üçün ali meyar olmalıdır!
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR