Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva haqqında yazılanlara münasibət bildirib.
Manset.az-a açıqlama verən N.Əliyeva onun haqqında yazanlara, danışanlara qarğış edib:
“Yazmağa mövzu tapmırlar. Bu dünyada yeganə mövzu Bakı Slavyan Universitetidir. Müharibədən çıxmış ölkəmiz gözəl günləri yaşayır. Bu gözəl günlərə özünü həsr eləmiş insanlar var. Canını bu torpaq uğrunda qurban verən qəhrəman oğullarımızdan yazsınlar.Mən artıq bu şeylərdən yorulmuşam. Ərizəmi də yazdım, indi məndən nə istəyirlər? Kim mənim haqqımda nə yazırsa, cavabını allahdan alsın. Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar nə olsun?Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu "Ayətəl Kürsü"lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı seyidin cəddi onlara qənim olsun.Allahdan alsınlar paylarını.Nurlana xanım peşəkarlıqla, vicdanla,insan kimi, ölkənin anası kimi işlədi. Mən peşəkar pedoqoji təhsil təşkilatçısı kimi çalışdım. Bundan artıq mənə heç nə lazım deyil.75 yaşım var, vicdanımın qarşısında rahat həyatımı sürürəm. Qurtardıq!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.