Lənkəran rayonun Haftoni kəndi ərazisində yerləşən meşə massivi kütləvi şəkildə məhv edilir. Azadmedia.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, kəndin yaxınlığında yerləşən meşəlikdə ağacların kütləviu şəkildə qırılması prosesinə start verilib.
Belə ki, əraziyə cəlb olunan ağır texnika ilə məhv edilən meşəliyin yerində “Beta” şirkətinin çay plantasiyasının salınması nəzərdə tutulur.
Yerli sakinlər isə etiraz etsələr də, onlara məhəl qoyan yoxdur. Onlar bildirirlər ki, baş verən hadisə əsl eko-qətliamdır və bunun qarşısı təcili alınmalıdır. Sakinlər deyirlər ki, məsələ təcili ictimailəşməlidir, əks təqdirdə, meşələrin məhv edilməsinin qarşısını almaq mümkün olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.