AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Təcrübəçi layihəsi” gənclərə özünü təsdiq üçün şərait yaradır

  • + A
  • - A
  • 1-07-2021, 11:33


    Maraqlı və xoş təəssüratlarla zəngin bir gün

    “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində kadr hazırlığı, ixtisasartırma, ixtisas seçimi, peşə səviyyəsinin təkmilləşdirilməsi, tədris proseslərinin təşkili baxımından əhəmiyyətli tədbirlər və layihələr davamlı olaraq həyata keçirilir. Cəmiyyətin sədri Zaur Hüseynovun təşəbbüsü ilə başlanılmış “Təcrübəçi layihəsi” artıq bir neçə aydır ki, metropolitenin mürəkkəb xüsusiyyətləri nəzərə alınmaqla ali təhsilli kadrların mütəxəssis kimi yetişdirilməsinə xidmət göstərir. Ötən müddət ərzində üç müxtəlif dövrdə təcrübəçilərdən ibarət qruplardan metropolitenin müxtəlif sahələrində mütəxəssislərin işlə təmin edilməsi və onların sınaq müddətində özünü doğrultması əldə edilmiş nailiyyətlərin göstəricisidir. Artıq dördüncü qrup da kursu başa vurub.
    Bu layihə çərçivəsində hazırlanmış mütəxəssislərin sosial fəallığının artırılması, hər dörd qrup üzrə yeni işçilərin kollektivə uyğunlaşması baxımından “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi müxtəlif təşəbbüsləri ilə gənclərə dəstək olur.
    Bu dəfə “Bilgəh” sanatoriya-profilaktoriyası və istirahət zonasında Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ilə birlikdə “Təcrübəçi layihəsi”ndən işə qəbul edilmiş 21 gəncin kollektivin bir parçası kimi stimullaşdırılması, onlara dəstəyin ifadəsi olaraq sosial fəallığının artırılması, eləcə də asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bir gün ərzində maraqlı intellektual və əyləncəli tədbirlər proqramı həyata keçirilib.
    Cəmiyyətin və MİHİ rəhbərliyinin iştirakı ilə səhər saatlarından xüsusi ayrılmış avtobusla “Bilgəh” istirahət mərkəzinə gələn gənclər əvvəlcə burada yaradılmış şəraitlə tanış olublar. Daha sonra dörd komandanın iştirakı ilə breyn-rinq oyunu keçirilib. Gərgin zəka döyüşündə Elektrik təchizatı xidmətinin işçisi Allahverdi Allaverdiyevin komandası qalib gəlib.
    Nahar fasiləsi və sərbəst saatdan sonra eyni tərkibdə olmaqla komandaların voleybol yarışı təşkil edilib. Bu mübarizədə də adıçəkilən komanda qalib gəlib.
    Gün ərzində mənalı istirahətin təşkili məqsədilə gənclərin mərkəzdə dincələn və müalicə alan sakinlərlə maraqlı müzakirələri və fikir mübadiləsi aparılıb.
    Günün sonunda keçirilən tədbirdə Səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov gənclərlə görüşərək onlara gələcək karyeralarında uğurlar diləyib, MİHİ-nin böyük dəstəyi, həmçinin təlim-tədris mərkəzində və istehsalat sahələrində yaradılmış şəraitlə formalaşmış zəngin ənənələrə uyğun olaraq, hər zaman perspektivli gənclərə dəstək olduğunu və “Təcrübəçi layihəsi” üzrə gənclərə böyük ümidlər bəsləndiyini qeyd edib.
    Mərasim zamanı bütün iştirakçılar xüsusi sertifikatlar “Bakı Metropoliteni” QSC-nin və MİHİ-nin hədiyyələri, həmçinin qaliblər xüsusi mükafatlarla təltif ediliblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR