AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Operativ Qərargah ictimai nəqliyyatla bağlı yeni QƏRAR verəcək

  • + A
  • - A
  • 3-07-2021, 10:53


    Baş nazir Əli Əsədovun qərarı ilə Qurban bayramında istirahət günlərinin ardıcıllığının təmin edilməsilə bağlı 17 iyul (şənbə) və 19 iyul (bazar ertəsi) günlərinin yeri dəyişdirilib.

    Digər qərarda isə 17 iyul şənbə günü (iş günü) olduğundan, ictimai nəqliyyatın məhdudlaşdırılacağı bildirilib.

    Operativ Qərargahdan Modern.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, qeyd edilən məsələ ilə bağlı yeni qərar imzalanacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

    Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişikliklə 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR