TƏBİB-in çağrı mərkəzi olmadığı üçün 1542 xidmətində psixologi dəstək xətti fəaliyyət göstərilir. Azadmedia.az xəbər verir ki, bu barədə TƏBİB-in təşkiıatçılığı ilə keçirilən "Medianın psixi sağlamlıqda rolu" adlı təlimdə uzman Nərmin Osmanlı məlumat verib.
Qeyd olunub ki, əvvəlcə risk qrupu təyin olunur. Sonra fərdi, psixotəlim keçirilir. Sonra zəng edən müvafiq yerlərə yönləndirilir. Pandemiya dövründə 1122 nəfərə dəstək göstərilib. Bunlardan 459-u covid xəstələri olub. Daha çox gərginlik, təşviş, həyəcanla bağlı müraciətləri edilir.
Covidlə işləyənlər üçün onlayn və otellərdə tibb işçilərinə psixoloji dəstək göstərilib.
2-ci Qarabağ müharubəsi zamanı ilkin psixoloji yardım göstərilənlər 189 nəfər Gəncədə, Tovuzda 156 vətəndaş yardım alıb. Müraciətlər Psixoloji yardımla yanaşı psixi dərmanlarla təmin ediliblər.
15 kənddə 1440 ana və uşaqlara yardım göstərilib.
Mart ayından TƏBİB 7 rayonda psixoloji dəstək göstərir. Hələki şəhid ailələri, qazilər və müharibədən zərər çəkmişlərə şamil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.