AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ" İB-NİN RƏHBƏR ŞƏXSLƏRİ ONLAYN VƏTƏNDAŞ QƏBULU KEÇİRİB

  • + A
  • - A
  • 23-07-2021, 15:40


    İyul ayının 23-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qax rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Ağdaş rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Qəbələ rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər. Azadmedia.az xəbər verir ki, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Zaqatala qaz istismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər. Onu da qeyd edək ki, vətəndaş qəbulu baş direktorun “İnstagram” səhifəsində canlı yayımlanıb.
    Həmçinin, baş direktor vətəndaş qəbulundan dərhal sonra rəsmi “Facebook” səhifəsindən canlı yayım edərək sosial şəbəkə izləyicilərinin də suallarını cavablandırıb. Abonentlərdən daxil olan müxtəlif müraciətlərə baxılıb. Birliyin müvafiq struktur rəhbərləri də canlı yayıma qoşularaq vətəndaşların qazlaşma, texniki təhlükəsizlik və s. mövzularda ünvanlanan suallarını operativ cavablandırıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR