AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəriqaz” İB rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

  • + A
  • - A
  • 25-06-2021, 16:03


    “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qazax rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Şəmkir rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov isə Tovuz rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər. Azəriqaz İB-dən Azadmedia.az-a bildirilib ki, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Şəmkir Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər. Baş direktor Ruslan Əliyev Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərin və şəhid ailələrinin müraciətlərinin daim diqqətdə saxlanılmasını və onların qayğıları ilə vaxtında maraqlanıb müsbət rəy verilməsini xüsusi qeyd edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR