AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çayrudda ağacların kəsilməsinə kəndin ictimai birliyindən reaksiya

  • + A
  • - A
  • 23-08-2021, 10:37


    İki gün öncə Azadmedia.az saytına Lerik rayonunun Çayrud kəndindən məktub daxil oldu. Müəyyən səbəb üzündən adlarının hallanmasını istəməyən bir qrup ziyalı yazılarında qeyd etmişdilər ki, illərdir kənd camaatı kənddə ağac əkib, öz zəhmətləri hesabına böyüdüb park salıb. Ziyalılar kəndi olan Çayrud camaatı kart açaraq müxtəlif yerlərdə yaşayan sakinlərindən pul toplamış, kəndin abadlığı üçün işlər görmüş, Qələbənin şərəfinə Zəfər parkı adlandırdıqları meşə-park ərazisində 6 Çayrud şəhidinin xatirəsinə abidə kompleksi hazırlayırlar. Qeyd edim ki, abidənin eskizi dünən saytda getmiş yazılarda öz əksini tapıb. Onlar təəssüflə bildirdilər ki, abidənin yanında 6 ədəd yaşı 90-ı keçmiş ağaclar kəsilib, çayxana tikilir, sahibinin 10 min baş qoyunu var, qayını icra hakimiyyətində işləyir, şifahi razılaşıblar, gecəyarısınacan fəaliyyət göstərən patıxanaya çevriləcək yeni tikili.
    Yazı saytda işqlandırılandan az sonra redaksiyaya Çayrud kənd klubunun müdiri Hüseynov Sulduz Aslan oğlu zəng edərək bildirdi ki, 20019-cu ildə yaradılıan Çayrud İctimai Birliyinin üzvüdür. Birlik 9 nəfərdən ibarətdir, həqiqətən də illərdir Çayrud camaatı İctimai Birliyin təşkilatçılığı ilə pul toplayıb kəndin abadlaşması üçün xeyli abadlıq işləri görüblər. Hazırda da Vətən Müharibəsində qəhrəmanlıqla canından keçən 6 kənd şəhidi və 1941-1945-ci illərdə canlarından keçən igidlər üçün xatirə parkı salınır. Sulduz Hüseynovun bildirdiyinə görə orda əvvəllər də səliqəsiz sovetdən qalma balaca çayxana fəaliyyət göstərib: “Çayrud Lerikin ən böyük kəndidir. Biz kənd camaatı və İctimai Birliyin üzvləri çayxananın sahibi, hazırda Bakıda yaşayan İbrahimov Şahindən xahiş etdik ki, köhnə çayxananın yerinə yenisini tiksin”. (Qeyd: Şəkillərdən görünür ki, əvvəlki tikili ilə yeni tikilini müqayisə etdikdə tikinti ərazisinin parkın girişində əvvəlkinə nisbətən sahəsinin genişləndirilməsi aydın görünür). S. Hüseynov abadlıq işləri aparılan zaman 6 yox, 1 ədəd 90 yaşlı ağacın məsləhətlə, abadlıq məqsədi ilə kəsildiyini bildirdi və israrla qeyd etdi ki, yeni tikili hansısa qumar təyinatlı patıxana deyil, kənd sakinlərinin asudə vaxtlarının keçirilməsinə xidmət edəcək. O, kollektivimizi görülən işlərlə yaxından tanış olmaq məqsədilə kəndə dəvət etdi.
    Redaksiyadan: Biz hadisə yerində olmadığımız üçün kimin haqlı, kimin haqsız olmasını, park ərazisinin mülkiyyətə verilməsinin nə dərəcədə qanunauyğun olub-olmamasını hər kəsin vicdanının və əlaqədar orqanların öhdəsinə buraxırıq. Vaxtilə Çayrud camaatı aclıq dövründə 250 qram buğda müqabilində evdən avtava-ləyənlə su daşıyıb, o ağacları böyüdüb. Çayrud sakinləri ulu baba-nənələrinin ruhunu incitmiş olarlar, şəxsi qazanc üçün 90 illik ağacların kəsilməsi ilə...
    Elnurə Abuşova



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR