AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çayrud ZƏFƏR PARKINDA xəyanət

  • + A
  • - A
  • 22-08-2021, 11:22


    Kimsə bir ağac kəsərsə, mənim qolumu kəsir.
    Ümummilli lider Heydər Əliyev


    1932 ci ildə kənd əhalisinin gücüylə Çayrud kəndində 5 nəfər öz mülklərini kolxoza verərək yeni 2 hektarlıq parkın salınmasına qərar verdi. Bütün kənd camaatı 70-80 km uzaqlıqdan müxtəlif ağac növlərini gətirib park ərazisində əkdilər.
    Həmin ağaclara görə əllə 20 km-dən su arxı çəkdilər. Zəlzələ səbəbondən su quruduğunda insanlar növbə ilə evlərindən və 1 km aşağıdan əllə, öküz arabasıyla su daşıyaraq həmin ağacları böyütdülər. Hətta aclıq dövründə insanlar həmin ağaclara biganə qalmadılar...
    İndi həmin ağacların yaşı 90-nı ötüb.
    Kart açıldı, parkın bir tərəfində 1941-45 maharibəsində həlak olanların və Qarabağ müharinədində şəhidlərin xatirəsini əbədiləşdirən şəhidlər kompleksi kənd camaatın vəsaiti hesabına düzəldildi.
    Bu kompleksin möhtəşəmliyindən bütün görənlər danışır.

    Lakin ötən gecənin səhərində məlum oldu ki, parkın ərazisindən 90 yaşlı 6 ağac kəsilib və yerində restoran - daha dəqiq patıxana adlı restoran tikilir...
    Məlum olur ki icra orqanının şifahi razılığıyla (patıxananın sahibi belə deyir) həmin ağaclar çıxarılıb.
    Çayrud ziyalı kəndidir.
    6 şəhid verib.
    Cənab prezidentin dəmir yumruq əməliyyatından sonra parka ZƏFƏR PARKI adı verilib.
    Cənnət məkanımız Qarabağda vəhşiliklə ağacları məhv edən ermənilərin bu parkda ağac kəsənlərdən heç bir fərqi yoxdu.
    Nəticə məlum olub ki patıxananın sahibi 10 mindən çox qoyuni olan İMAN İBRAHİMOV adında bir çobanın oğludur.
    Bakıda ət kəsim məntəqələrinin sahibi olan İman icra strukturunda işləyən qohumlarına və özünü qoyunotaran düşüncəsiylə şifahi etiraf etdiyi kimi kimlərinsə haqqın verərək bunu etdiyini deyib.

    Bütün icra, polis və məsul Nazirliklərdən bu XƏYANƏTİN qarşısının alınmasını bütün çayrudlular xahiş edir.
    Azadmedia.az







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR