Bu gün Azərbaycanın ali təhsil müəssisələri ənənəvi təhsilə qayıdır. Ötən bir il yarım təhsilimiz üçün kifayət qədər çətin və mürəkkəb bir oldu. Bu müddətdə nə qədər çalışsaq da distant təhsil ənənəvi təhsili tam əvəz edə bilmədi. Bu sözləri Azadmedia.az-a Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü, millət vəkili
Ceyhun Məmmədov ənənəvi dərslə bağlı fikirlərini bölüşərkən bildirib.
Millət vəkili hər bir ölkənin inkişafımın onun təhsili ilə bilavasitə bağlı olmasını önə çəkərək, yüksək inkişaf yolu keçən hər bir dövlətin öncə təhsilnin gücləndirilməsi üçün səylə çalışdığını diqqətə çatdırıb. Buna nail olanlar iqtisadiyyatlarını gücləndirə biliblər:
"Bu gün Azərbaycanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafına yüksək diqqət və qayğı var. Yeni ali təhsil müəssisələri yaradılır, universitetlərimizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır".
Deputat təhsil müəssisələrinin üzərinə düşən vəzifələri də xatırladıb və qeyd edib ki, burada ali təhsil müəssisələrinin də üzərinə ciddi vəzifələr düşür. Hər bir müəssisənin konkret inkişaf strategiyası, gələcəyə baxışı və hədəfləri olmalıdır. Universitetlər yalnız diplom deyil, həm də yüksək təhsil və tərbiyə verməli, ölkəmiz üçün layiqli vətəndaş yetişdirmək vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdırlar.
Sonda millət vəkili gənclərə xitab edərək, onlardan gözləntiləri diqqətə çatdırıb: "Dəyərli gənclər! Sizin də üzərinizə böyük vəzifələr düşür. Layiqli vətəndaş olmaq həm də yüksək təhsildən keçir. Müharibə bitsə də mübarizəmiz davam edir. Qarşıda hələ sizi böyük vəzifələr gözləyir. Bu günün gəncləri gələcəyin idarəçiləridir.
Düşmən üzərində qələbə həm də sizin nə qədər bilikli və savadlı olmanızıdan asılıdır. Çalışın əsas hədəfinizdən yayınmayın, yüksək biliklər əldə edin, mütləq xarici dilləri öyrənin, informasiya texnologiyaları sahəsində biliklərinizi inkişaf etdirin. Vaxtdan maksimum səmərəli istifadə edin".
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.