İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində mərdliklə döyüşərək şəhid olmuş DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, baş gizir Rauf Süleymanovun anım mərasimi keçirilib.
Neftçala rayonun Abasallı kəndində keçirilən anım mərasimində Daxili İşlər Nazirliyinin təmsiçisi, şöbənin şəxsi heyəti, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarı üstünə çiçəklər düzüb, əziz xatirəsini yad ediblər. Anım tədbirində çıxış edənlər Vətən uğrunda canlarından keçən igid oğullarımızın qəhrəmanlıqlarından danışıb, onların misilsiz hünərlərini xatırladıblar.
Qeyd edəki ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə DİN Daxili Qoşunların hərbi qulluqçusu, baş gizir Rauf Süleymanov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.