AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saatlıda şəhid hərbi qulluqçunun il mərasimi keçirilib

  • + A
  • - A
  • 18-10-2021, 13:18


    Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu Anar Məmmədovun il mərasimi keçirilib.
    Rayonun Mustafabəyli kəndində keçirilən mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Saatlı RPŞ-nin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
    Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə əklil qoyulub və ruhuna dualar oxunub. Daha sonra isə mərasimdə iştirak edənlər Vətən uğrunda canından keçən hərbi qulluqçunun şərəfli ömür yolundan danışaraq, əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.

    Qeyd edək ki, Anar Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR