Bu barədə bugün Baş Prokurorluğun Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirmişdir.
Dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə baxılmış 989 cinayət işi üzrə apellyasiya, 787 cinayət işi üzrə isə kassasiya protestləri verilmiş, 563 apellyasiya protesti və 157 kassasiya protesti təmin edilib.
Həmçinin qeyd olunub ki, ötən il məhkəmələrdə 24396 şəxs barəsində cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.
Dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanlarının iştirakı ilə bütün instansiya məhkəmələri üzrə cəmi 24396 şəxs barəsində 21512 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.