AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bahar Muradova Xızıda vətəndaşların müraciətlərini dinləyib

  • + A
  • - A
  • 27-01-2023, 14:53

    Bahar Muradova Xızıda vətəndaşların müraciətlərini dinləyib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür. Yanvarın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbulda Xızı və Siyəzən rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
    Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
    Qəbulda iştirak edən vətəndaşlar əsasən ailə məsələlərinə dair hüquqi dəstək, nikaha xitam verildikdən sonra uşaqlarla ünsiyyətin qurulması, çətin tərbiyə olunan uşaqların müəssisəyə yerləşdirilməsi və bir sıra digər məsələlərlə bağlı müraciət ediblər.
    Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Dövlət Komitəsinin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR