AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

9 saylı mediasiya təşkilatı və Mediasiya Şurasının təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib

  • + A
  • - A
  • 29-01-2023, 03:03

    9 saylı mediasiya təşkilatı və Mediasiya Şurasının təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib

    Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi, Bakı 9 saylı mediasiya təşkilatı və Mediasiya Şurasının təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib. Tədbir Özəl İncəsənət və Yaradıcılıq Mərkəzində baş tutub. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayan xanımlar və uşaqların əl işlərindən ibarət hazırlanmış, müxtəlif keramika məhsulları, fincanlar və köynəklərin təqdimatından yığılan vəsait xeyriyyə tədbirinin sonunda sığınacağın fəaliyyətinə dəstək məqsədi ilə sığınacağın hesabına keçirilib. Tədbirdə iştirak edən mediatorlar da sığınacaqda yaşayan xanımların və uşaqların bu təşəbbüsünə həmrəylik nümayiş etdirərək müxtəlif əl işlərinin hazırlanmasında iştirak ediblər. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri, mediator Mehriban Zeynalova, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova, Özəl incəsənət və yaradıcılıq mərkəzin rəhbəri Aynur Özəl tədbirdə iştirak edən mediatorlara və qonaqlara dərin təşəkkür edib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR