AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"OMON" qiyamının izlərini saxlayan bina sökülür - Foto

  • + A
  • - A
  • 29-01-2023, 04:11

    "OMON" qiyamının izlərini saxlayan bina sökülür - Foto

    İlk baxışdan, bu Bakımızda sökülən növbəti sovetlərdən yadıgar qalan binadır. Amma Qara Qarayev küçəsində (Neftçilər metrosunun yanı) yerləşən bu beşmərtəbəli bina tarixidir. O, öz üzərində 13-17 mart 1995-ci ildə "OMON" qiyamının izlərini saxlayıb. Deyilənə görə, həmin tarixdə, bu binanın damında dövlət qüvvələrinin snayper mövqeyi olubmuş. "OMON"-çular isə onu mövqeyindən sıxışdırmaq istəyib. 45 nəfərin ölümü ilə nəticələnən bu hadisələrin güllə izləri də bu versiyaya sübutdur. İndi bu bina sökülür. Azadmedia.az xəbər verir ki, bu barədə facebook sosial şəbəkə istifadəçiləri yazıb.
    Maraqlıdır, 1995-ci ildən 2023-cü ilə qədər binanın üz örtüyü niyə təmir edilmıyib? Fotodan da üzərindəki güllə izləri görünür. Allah ölkəmizə bir də qardaş qırğını yaşatmasın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR