AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Terror hücumu zamanı yaralanan digər hemyerlimizi tanıyaq

  • + A
  • - A
  • 30-01-2023, 08:38

    Terror hücumu zamanı yaralanan digər hemyerlimizi tanıyaq

    İranda Azərbaycan Səfirliyindəki terror hücumu zamanı yaralanan digər səfirlik əməkdaşı Mahir İmanovu tanıyaq. Mahir terrorçunun hücumu zamanı qolundan və ayağından güllə yaraları alıb.

    Mahir elə girişdəcə terrorçunun başını qatmasaydı, digər səfirlik əməkdaşı Vasif terrorçuya mane ola bilməyəcəkdi, faciənin miqyası daha böyük olacaqdı. Əminəm ki, Mahir də sinəsini güllənin qarşısına vermiş olsa belə, terrorçunu saxlamağa çalışacaqdı. İlk güllə ayağından dəydiyi üçün, hərəkət edə bilmir, amma 2 saniyə olsa da diqqəti yayındıra bilir, Vasif arxadan ildırım sürətilə terrorçunu zərərsizləşdirməyə çalışır.
    Mahir İmanovun 2 yaşında oğlu böyüyür. Azadmedia.az kollektivi olaraq Allahdan yaralanan bütün qəhrəman səfirlik əməkdaşlarına şəfa, həyatını itirən şəhidimizə rəhmət diləyirik.
    Mahir İmanovun şücaəti barədə səfir xəstəxana ziyarəti zamanı xüsusu qeyd edir.
    Xəstəxanadan sözügedən foto və videonu təqdim edirik.
    https://vt.tiktok.com/ZS8D9U5cV/





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR