AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT sədrindən ETİRAZ - Televiziyalarda xüsusi günlərdə proqram siyasəti olmalıdır

  • + A
  • - A
  • 30-01-2023, 03:16

    QHT sədrindən ETİRAZ - Televiziyalarda xüsusi günlərdə proqram siyasəti olmalıdır

    Təəssüf ki, istər şəhid xəbəri gələn günlər, istərsə də digər itki verdiyimiz günlərdə televiziyalarda proqram dəyişikliyi edilmir. Olaydan televiziya vasitəsilə xəbər tutmaq istəyən tamaşaçılar çal-çağır verililişləri ilə rastlaşır, təbii ki, bu, qəzəblə qarşılanır, insanların televiziyalara olan etimadı azalır. Sonra təəssüflə qeyd edirik ki, sosial media ənənəvi mediaya qalib gəlir. Bu dəfə də elə oldu. İranda Azərbaycan səfirliyində baş verən terror hadisəsi günü və şəhidimizin Vətənə gətirilmə saatları əksər televiziyalar proqramlarında heç bir dəyişiklik etmədi.
    "Əsgər Ailələrinə Dəstək" İB-nin rəhbəri Mətanət Əsgərqızı sözügedən problemlə bağlı televiziyalara səslənib. Mətanət xanımın haqlı iradını təqdim edirik:
    "Bəyəm dövlətin kritik məqamlarda tv- lər üçün proqram siyasəti yoxdur? Buna nəzarət edən də hiss olunmur. Onda o maaşı niyə alırsız??? Belə məqamlarda hər şey vətənə xidmət etməlidir.Nəhayət tv siyasətinizdə vətənpərvərlik göstərib bu günlər proqramlarınızda dəyişiklik edin. Özünüz o yana, tv- lərə dünya baxır. Özümüzə hörmət etmiriksə, bizə hörmət edən olmayacaq!".
    Azadmedia.az qeyd edir ki, Mətanət xanım uzun illər AzTV-də jurnalist kimi fəaliyyət göstərib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR