AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Şeyx Abdulla Əfəndi adına İslam Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

  • + A
  • - A
  • 17-03-2023, 00:18

    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Şeyx Abdulla Əfəndi adına İslam Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Şeyx Abdulla Əfəndi adına İslam Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
    Aİİ rektoru, dosent Aqil Şirinov Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Saidov və həmin ali təhsil müəssisəsinin Himayəçilər Şurasının sədri Şahabitdin Kərimovu salamlayaraq, təmsil etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə qəbul həyata keçirən İnstitutda ali təhsil tam ödənişsizdir. Təhsilalanlar burada dövlətin tam qayğısı ilə əhatə olunub, təqaüddən əlavə yeməkpulu, ödənişsiz dərsliklərlə təmin olunurlar.
    Aİİ rektoru daha sonra bildirib ki, İnstitut xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmaqla, tədrisin məzmununu, kadr hazırlığını, idarəetmə sistemini və infrastrukturu qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun təmin etməyə çalışır.
    Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin nümayəndə heyəti təmsil etdikləri müəssisə haqqında geniş məlumat verib, İnstitutda mövcud ixtisaslar, tədris və tədqiqat mərkəzləri barədə bəhs edib.
    Ali təhsil müəssisəsinin rəhbərləri ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıblar.
    Sonda qonaqlar İnstitutun inzibati binası ilə tanış olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR