Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalovun işdən çıxarılma xəbərini yazmışdıq. Rəis qardaşının yeni vəzifə təyinatı özünü çox gözlətmədi.
TƏBİB-dən Azadmedia.az-a daxil olan məlumata görə icraçı direktor Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O yaxın günlərdə işinin icrasına başlayacaq.
Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru idi. Mənim Sabunçu Xəstəxanası ilə bağlı vaxtilə pis xatirələrim vardı. Amma 10 gün öncə.həmkarların biri ağır vəzjyyətdə sözügedən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildi, tam sağalıb evə buraxıldı. İnanıram ki, zaman keçdikcə peşəlarların sayəsində bütün mənfi imic qazanan xəstəxanalar düzələcək.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.