AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın təşkilatçılığı ilə BMT-nin plenar iclası keçiriləcək

  • + A
  • - A
  • 28-03-2023, 10:29

    Azərbaycanın təşkilatçılığı ilə BMT-nin plenar iclası keçiriləcək

    Azərbaycanın təşkilatçılığı ilə BMT-nin plenar iclası keçiriləcək. Azadmedia.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir.

    Səfər çərçivəsində nümayəndə heyəti İqtisadi və Sosial Şuranın (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək 22-ci sessiyasında iştirak edəcək.

    Tədbir çərçivəsində Mehdiyevin “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və davamlı inkişaf üçün Birləşmiş Millətlər Təşkilatının yaxşı idarəetmə prinsiplərinin tətbiqi” mövzusunda çıxışı nəzərdə tutulub.

    Bundan əlavə, tədbir çərçivəsində Dövlət Agentliyi və BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin birgə təşkilatçılığı ilə “İnsan mərkəzli dizayn və birgə idarəetmə vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin transformasiyası” adlı plenar sessiya keçiriləcək. Ölkəmizin təşkil etdiyi plenar iclasda Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” konsepsiyası, o cümlədən “ASAN xidmət indeksi” və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə məlumat veriləcək, müzakirələr aparılacaq.
    Səfər çərçivəsində Mehdiyev BMT rəsmiləri və üzv dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR