AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Birlik daha bir layihəni yekunlaşdırdı

  • + A
  • - A
  • 29-03-2023, 21:49

    Birlik daha bir layihəni yekunlaşdırdı

    “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin həyata keçirdiyi “Vərəmin təsirinə məruz qalmış insnaların hüquqları haqqında Bəyannamə” ilə bağlı maarifləndirmə layihəsi başa çatıb. Bu münasibətlə keçirilən konfransda vərəmlə mübarizə sahəsində görülən işlər və əldə edilən nəticələr müzakirə olunub.
    Bildirilib ki, 2020-ci ildə vərəmə yeni yoluxanların sayı 2558 nəfər, 2021-ci ildə isə 2535 nəfər olub. Onlardan 66,3%-i kişilər, 33, 7%-i qadınlar olub. 2020-ci ildə qadınlarında yoluxma səviyyəsi 32, 2% təşkil edib.
    Vərəmlə mübarizə sahəsində birgə çalışan mütəxəssislər onun tibbi problemlə yanaşı sosial çətinliklərinin daha çox olduğunu vurğulayıblar. Hələ də cəmiyyətdə belə xəstələrə qarşı stiqmanın dərin formada qalmasının vərəmli xəstələrin müalicəsində ciddi əngəl olduğunu bildiriblər. Cəmiyyətin təpkisindən çəkinən xəstələr öz problemlərini gizlətməyə çalışırlar ki, bu da sonda xəstəliyin irəliləməsinə və müalicələrə tabe olmamasına, insanların həyatlarını itirməsinə gətirib çıxarır. Vətəndaş cəmiyyətinin nümayəndələri bu vəziyyətin dəyişdirilməsi üçün maariflənmənin vacibliyini qeyd ediblər.
    Konfransa çıxış edən “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin rəhbəri Çingiz Ramazanlı vərəmlə mübarizə sahəsində beynəlxalq qurumlarla əməkdaşlıq formalarından danışıb, qlobal pasiyent şəbəkəsi barədə məlumatları paylaşıb. Onun sözlərinə görə, bu sahədə icmaların reabilitasiyası, təlim platformalarının yaradılması, eləcə də “Vərəmin təsirinə məruz qalmış insnaların hüquqları haqqında Bəyannamə”nin tələblərinin təmin olunamsı istiqamətində fəal işlər görülür.
    Konfransa vərəmlə mübarizədən qalib ayrılan keçmiş pasiyentlər də çıxış edib, öz təcrübələrini bölüşüblər. Vərəmin ilkin mərhələdə aşkarlanamsı və profilaktikasının vacibliyini vurğulayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR