Cari ilin ilk 3 ayında qaz limitini keçən abonentlərin sayı açıqlanıb. Limiti keçən abonentlərin sayı 8,9 faizdir. Azadmedia.az xəbər verir ki, bu məlumatı Azəriqaz İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Eldıniz Vəliyev media və qht nümayəndələri üçün təşkil edilən "Açıq qapı"da bildirib. Ölkə üzrə qazdan istifadə edən abonentlərin sayının 2,4 milyon-dan çox olmasını nəzərə alsaq, bu, kifayət qədər böyük rəqəmdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.