Bu il Azəriqaz İstehsalat Birliyinin 104 Çağrı Mərkəzinə zəng edən abonentlərin 40 mindən çoxuna geridönüş edilib. Buna səbəb abonentlərin sayğacla bağlı problemlər üçün zəng edən zaman sayğacın yanında olmamasıdır. Azadmedia.az xəbər verir ki, bu məlumatı media və qht nümayəndələri üçün təşkil edilən Açıq qapıda 104 Çağrı Mərkəzinin rəhbəri Xalidə Şimşək jurnalistlərin suallarını cavablandırarkən bildirib. Xalidə xanım abonentlərdən sayğacla bağlı müraciət edərkən sayğacın yanında olmalarını xahiş edib, çünki bəzi məlumatlar var ki, sayğaca baxılıb deyilməsə, problemi aradan qaldırmaq olmaz. Xatırladaq ki, 104 Çağrı Mərkəzlərinə mobil və stasionar telefonlardan edilən zənglər ödənişsizdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.