Məlumdur ki, Azəriqaz İstehsalat Birliyi qazlaşdırma zamanı bəlli yerə qədər qazlaşdırmanı həyata keçirir. Mənzillərə qaz çəkilişini isə abonent tərəfindən seçilən podratçı şirkətlər həyata keçirir. Abonentdən asılı olmayan səbəbdən qaz turbalarının zədələnməsi xəbərlərinə tez-tez rast gəlirik. Podratçılar tərəfindən çəkilən qaz xətti zədələnəndə dəymiş maddi zərəri kim ödəyir, abonent, yoxsa Azəriqaz İB?
Azadmedia.az-ın sualına Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev cavab olaraq bildirib ki, belə hal yarananda dəymiş ziyan Azəriqaz İB tərəfindən ödənilir. Azəriqaz İB sözçüsü təəssüflə qeyd etdi ki, belə hallar tez-tez yaşanır və hər il bu səbəbdən Azəriqaz İB milyon manatdan artıq vəsait itirir. E.Vəliyev onu da diqqətə çatdırdı ki, qaz satışından başqa Azəriqaz İB-nin abonentə göstərdiyi bütün xidmətlər pulsuzdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.