AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitədən psixi müalicəyə göndərilən yeniyetmə barədə AÇIQIAMA

  • + A
  • - A
  • 2-04-2023, 15:58

    Komitədən psixi müalicəyə göndərilən yeniyetmə barədə AÇIQIAMA

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlaması



    Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılmışdır. Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılmışdır.

    Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

    Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən ( kənardan dəvət olunmuş ) yeniyetmənin özünün yoxlanılmasından sonra qısa müddətli müalicə alması üçün verilmişdir.

    Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət etdiyini bildirmişdir.

    Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb.

    Qeyd edək ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR