Muğanlı -İsmayıllı-Qəbələ təzə avtomobil yolunun 1 lotu (14 km)bitib, amma salınacaq yolun ekoloji ,flora, fauna tələbləri indi müzakirəyə çıxarılır. Başqa sözlə, ekoloji tələblər indi yol çəkənlərin yadına düşüb. Çox maraqlıdır.
Bu gün Dövlət Ekoloji Ekspertiza Agentliyi jurnalistlərin iştirakı ilə ictimai dinləmə təşkil etdi. Ağentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov təzə yolun 77 km və 4 lot üzrə çəkiləcəyini bildirdi. Layihə 26, 6 ha meşə, 20 ha. blədiyyə torpaqları ərazisinə düşür.
Yeni yolun həmçinin 5,1ha ərazisi Şahdağ Mili Parkının ərazisinə düşür və təzə yol ümumilikdə
8048 ağacın qırılmasına səbəb olacaq. Yol çəkənlər ən çox narahatlıq doğuran torpaq sürüşməsi təhlükəsinin olmadığını deyirlər.
Təzə yol əvvəlkindən 9,8 km yolu qısaldır, amma...
Hazırda layihə rəhbərləri qarşısında suallar qoyulur:
Yeni yol çəkənlər dağıdılmış torpağın üst qatının cəriməsini ödəyəcəkmi?
Qırılacaq 8048 ağaca kompensasiya necə veriləcək?
Yeni yol çəkilişində plana düşən obyektlər necə olacaq, heyvani keçidlər qoyulacaqmı?
Bir sözlə , AAY-Azərbaycan Avtomobil Yolları və layihə, podratçı öz işindədir , gizlədilən layihə dəyəri və yerdə qalan 3 lotun taleyi necə olacaq məlum deyil. Hər halda Baş ekoloji ekspert Mirsalam müəllim yol çəkilişində az zərərlə iş görülməsi tələbindən əl çəkmədiyini , lazım olsa, layihədə dəyişiklik olacağını qətiyyətlə bildirir. Gözləyək...
Ramina Eyvazqızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.