AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"HEYDƏR ƏLİYEV – 100" adlı tədbir keçirildi

  • + A
  • - A
  • 9-04-2023, 13:55

    "HEYDƏR ƏLİYEV – 100" adlı tədbir keçirildi

    Şimali Osetiya Alaniya Respublikası “Azərbaycanlılar Konqresinin” baş ofisində Ulu öndərimiz, XX əsrin ən böyük siyasi xadimi Heydər Əliyevin 100-illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı konqresin prezidenti Şahin Məmmədovun təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə konqresin sədri M.Gülməmmədov, koqresin gənclər təşkilatının nümayəndələri və konqres üzvləri iştirak edirdilər.

    Konqresin prezidenti Şahin Məmmədov iclası açıq elan edərək toplantının məqsəd və məramı barədə ətraflı çıxış etdi: - “XX əsrin sonlarında SSRİ adlı imperiyanın süqutu nəticəsində müstəqillik qazanmış respublikamız həm daxili ekstremistlərin, həm də xarici qüvvələrin siyasi təcavüzlərinə məruz qaldı. Azərbaycanın başı üzərini qara buludların aldığı bir dönəmdə, 1994-cü ildə siyasi arenada Heydər Əliyev dühasının parlaq huru parlamağa başladı. İqtisadiyyatı darmadağın olmuş, milli ordusu yox dərəcəsində olan ölkənin hakimiyyətinə xalqın tələbi ilə gələn ümummilli liderimiz çevik siyasi addımları nəticəsində “Əsrin müqaviləsi”nin bağlanmasının və torpaq islahatının həyata keçirilməsi ilə azərbaycan iqtisadiyyatının inkişafının təməli qoyuldu...”
    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 29 sentyabr 2022-ci il tarixli Sərəncamı
    2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
    Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
    Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
    1. Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilsin.
    2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    Ş.Məmmədov tədbir iştirakçılarının Sərəncamın mətni ilə tanış etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin Şimali Osetiya Alaniya Respublikasında təntənəli şəkildə keçirilməsi üçün lazımi tapşırıqları verdikdən sonara iclası qapalı elan etdi.

    MURTUZA Gülməmmədov,
    Şimali Osetiya Alaniya Respublikası
    “Azərbaycanlılar Konqresinin” sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR