Əlilliyi olan şəxslərə reablitasiya vasitələrinin verilməsi necə həyata keçirilir? Müddətlidirmi? Bu sual poçtumuza çox daxil olan suallardandır. Azadmedia.az sorğu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdi
Sorğu ilə bağlı Nazirliyin nəzdində fəaliyyət göstərən
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətinin rəhbəri
Tural Qurbanov bildirdi ki, əlilliyi olan şəxslərə reabilitasiya vasitəsi verilməsi 501 nömrəli qərara əsasən həyata keçirilir. Tibbi göstəriş olduğu halda aidiyyəti mərkəz tərəfindən vətəndaş reabilitasiya vasitəsi ilə təmin edilir.
Reablitasiya vasitələrinə nə daxildir, müddətləri nə qədərdi? - sualına cavab olaraq T.Qurbanov bildirildi ki, sözügedən reabilitasiya vasitələrinin istifadə müddətləri aşağıdakı kimi tənzimlənir:
*Eşitmə aparatı 2 il
*Qapalı məkanda (otaqda) istifadə üçün mexaniki təkərli oturacaq 4 il
*Açıq məkanda istifadə üçün mexaniki təkərli oturacaq 3 il
*Mühərrikli təkərli oturacaq 5 il
*Sanitar-təchizatlı təkərli oturacaq 2 il
Bəzən fiziki qüsurlu şəxslərin yaxınları Nazirlik tərəfindən verilən yox, öz seçdikləri reablitasiya vasitələrini almaq istəyir. Bu zaman onlara düşəcək vasitə əvəzinə qiyməti müqabilində ödənişi götürə bilərlərmi? - sualına cavab olaraq Tural bəy bildirdi ki, qanun buna icazə vermir.Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.