AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Komitəsi 3 saylı uşaq evində növbədənkənar monitorinq keçirdi

  • + A
  • - A
  • 13-04-2023, 17:27

    Dövlət Komitəsi 3 saylı uşaq evində növbədənkənar monitorinq keçirdi

    Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video məlumata əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə 12 aprel 2023-cü il tarixində qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirmişdir.
    Komitədən Azadmedia.az-a verilən məlumata görə monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılmış, ümumi qiymətləndirmə aparılmış, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılmışdır.
    Məlumat aidiyyəti quruma təqdim ediləcək.

    Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilmişdir.

    Xatırladaq ki, müəssisənin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR