AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili imtahanda müsahibə mərhələsinin götürülməsini təklif edir

  • + A
  • - A
  • 14-04-2023, 16:23

    Millət vəkili imtahanda müsahibə mərhələsinin götürülməsini təklif edir

    Tanıdığım çox zəhmətkeş bir bənna var. Oğlu 4 dəfə Dövlət İmtahan Mərkəzinin keçirdiyi Ədliyyə orqanlarına qulluğa qəbul imtahanlarında yüksək nəticə toplayıb. Ədliyyə nazirliyinin müsahibə komissiyası 4 dəfədir ki, bu gəncin ümidlərini puç edir. Azadmedia.az xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev yazaraq haqlı olaraq səbəbkarları qınayıb. E.Əliyev qeyd edib ki, biz, Milli Məclisdə dəfələrlə çıxışlarımızda müsahibə mərhələsinin götürülməsini təklif etmişik. Müsahibə mərhələsi çox vaxt Dövlət İmtahan Mərkəzinin imtahanlarını şübhə altına alır. Gözəl insan və əvəzsiz bənnanın tanıdığım mədəni və əxlaqlı oğlunu çox pessimist gördüm. Gənc yorulub və bir daha imtahanlarda iştirak etməyəcəyini mənə söylədi. Haqlıdır, 4 dəfə keçirilən imtahanlarda sahəsinə aid suallara cavab verib keçid balını toplayan bir gəncə müsahibədə hansı suallar verilə bilər? Özü də bu gənc Bakını yox, Azərbaycanın rayonlarından birində işləməyi seçir...
    Dövlət İmtahan Mərkəzinin İmtahanlarında yüksək bal toplayanları vakant yerlərə uyğun olaraq sıralama ilə yerləşdirmək lazımdır. İşçinin gələcəkdə özünü doğruldub-doğrultmaması başqa məsələdir. Qurumlarda işçinin fəaliyyətini izləyən şöbələr fəaliyyət göstərir və təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar.
    Millət vəkili təəssüflə qeyd edib ki, 4 dəfə İmtahandan keçən bir gəncə bu Dövlət Orqanı başqa bir iş də təklif etmir. BDU-nun Hüquq fakültəsini bitirmiş iki azyaşlı övladı olan bir gəncdən söhbət gedir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR