Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 25-də Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul Şəki şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 216) saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (024) 244-36-21, (070) 663-22-33,
chairman@scwra.gov.az, dk-sheki@scwra.gov.az) müraciət etmələri xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.