AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası İrəvandakı barbar aktını kəskin şəkildə pisləyib

  • + A
  • - A
  • 18-04-2023, 15:21

    Beynəlxalq İdman Mətbuatı Assosiasiyası İrəvandakı barbar aktını kəskin şəkildə pisləyib

    Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) öz qitə seksiyaları ilə birlikdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaydığı kəskin bəyanatı öz rəsmi saytlarının manşetinə çıxararaq dünyaya yayıb. Eyni zamanda 167 ölkənin milli idman jurnalistləri təşkilatına və 20 minə yaxın AIPS üzvünün elektron ünvanına göndərib.
    AİJA-dan AZƏRTAC-a bildiriblər ki, bəyanatda İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bayrağımıza qarşı törədilmiş barbarlıq aktı kəskin şəkildə pislənib.
    Avropa İdman Mətbuatı İttifaqı (AIPS Europe) AİJA-nın bəyanatına sosial şəbəkələrdəki rəsmi səhifələrində geniş yer verməklə özü də bu hadisəni pisləyən bəyanatla çıxış edib.
    Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) dünyanın ən qocaman və nüfuzlu jurnalist təşkilatı kimi tanınır. Gələn il yaradıldığı Paris şəhərində 100 illiyini təntənə ilə qeyd edəcək. AIPS 4 kontinentin, 167 ölkənin milli idman jurnalistləri təşkilatını öz ətrafında birləşdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR