AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Veteranların suallarını rayon prokuroru cavablandırdı

  • + A
  • - A
  • 19-04-2023, 23:19

    Veteranların suallarını rayon prokuroru cavablandırdı

    Agentliyin dəstəyi ilə Zaqatala prokurorluğunda müharibə veteranlarının hüquqi maarifləndirilməsi istiqamətində tədbir keçirildi
    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində Zaqatala rayon prokurorluğunda 20 nəfər şəhid ailələri, qazilər və veteranların iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla şəhidlərin ruhunu yad etdilər.
    Layihə rəhbəri Elmira Mehdiyeva layihənin məram və məqsədi barədə ətraflı məlumat verərək növbəti tədbirin məhz rayon prokurorluğunda keçirilməsinin heç də təsadüfi olmadığını bildirir. O deyir,-layıhə sırf hüquqi maarifləndirmə olduğu üçün istədik ki, sizlərlə rayonun hüquq-mühafizə orqanları arasında səmimi bir əlaqə yaradaq. Rayon prokuroru Rasim Musayevə müraciət etdik. O bizim bu təklifimizi çox böyük razılıq hissi ilə qarşıladı. Həm biz, həm də rayon prokurorluğu istəyir ki, biləsininz, bütün dövlət orqanları sizin hüquqlarınızı qoruyur. Əgər hər hansı bir dövlət qurumu sizin müraciətlərinizə laqeyd yanaşırsa o qurum cəzalanmalıdır. Biz istəyirik ki, sizin hüquq-mühafizə orqanları ilə də yaxın əlaqələriniz olsun, bu gün siz rayon prokuroruna birbaşa suallarınızı yönləndirə bilərsiniz. Bu da Zaqatala rayon prokurorluğunun sizlərə hər zaman açıq olduğuna bir nümunədir. Bu gün Rasim müəllim sizlərin hər birinizi dinləyəcək, suallarınıza cavab verəcək, onların həlli yollarını sizlərə izah edəcəkdir.
    Təlimçi İbrahim İbrahimov çıxış edərək demişdir:- Bu rayonlarda yaşayan şəhid ailələrinin, qazilərin, və müharibə iştirakçılarının da dövlətin sosial siyasəti və bu sahədə mövcud olan qanunvericiliklə bağlı maarifləndirilməsinə ehtiyacı vardır. Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub. Həmin sosial qrupdan olan insanların Qanunvericiliklə müəyyən edilən hüquqlarına dair maarifləndirici söhbətlərin mütəmadi aparılmasına ehtiyac vardır.
    Zaqatala rayon prokuroru Rasim Musayev bildirir ki, Azərbaycan hüquqi dövlətdir, şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qanunvericiliklə müəyyən edilən hüquqlarını qorumaq biz prokurorluq işçilərinin də borcudur. 44 günlük müharibə zamanı əldə edilən qələbəyə görə hər bir şəhidimizin ruhu qarşısında baş əyirik, qazimizə və müharibə veteranına borcluyuq. Şəhidlərimizə allahdan rəhmət diləyirik, şəhid ailələrini isə bir prokurorluq orqanı olaraq biz də hər zaman diqqətdə saxlayırıq. Bəzən sizlərin də hüquqlarınızı pozan, dövlətin sizin üçün nəzərdə tutduğu imtiyazlardan istifadə etmək istədiyiniz zamanı sizlərə maneçilik törədən məmurlar da olur. Belə halların olmaması üçün siz öz hüququnuzu yaxşı bilməlisiniz. Biz hər zaman sizin müraciətlərinizə baxmağa hazırıq.
    Tədbir interaktiv keçirilir, ilk əvvəl iştirakçılar bir qədər sıxıntı keçirsələr də Rasim müəllimin səmimi müraciətləri və cavabları bu gərginliyi tezliklə aradan götürür.İştirakçıların fəal surətdə qoşulduğu müzakirələrdə onları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilir, onların həll etmək istədiklərini vurğuladıqları bütün məsələlərin böyük müstəntiq Vüsal Süleymanov, prokurorun koməkçisi Orxan Şirinli və müstəntiq Rəsul Babayev tərəfindən qeydiyyatı aparılır. Bu barədə müvafiq qurumların qarşısında məsələ qaldırılmasına səy göstəriləcəyi bildirilir.
    Zaqatala rayon prokurorluğunda keçirilən bu tədbir , həqiqətən həm şəhid ailələrini, həm qaziləri, həm də veteranlarımızı razı salır. Tədbirin sonunda xatirə şəkilləri çəkilir.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR