AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəqliyyata vahid cavabdehlik olmalıdır - Ekspert

  • + A
  • - A
  • 20-04-2023, 00:27

    Nəqliyyata vahid cavabdehlik olmalıdır - Ekspert

    BNA ilə bağl Fərman gözlənilən idi. Azadmedia.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Prezident İlham Əliyevin BNA ilə bağlı verdiyi fərmanı şərh edərkən bildirib. Məsələ burasındadır ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır. Belə bir vahid dövlət siyasəti, yəni vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir, - deyən Ə.Hüseynov besab edir ki, yaxın 3 ayda BNA ləğv ediləcək və onun səlahiyyətlərini, özü də bir qədər dəyişikliklərə məruz qalan səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri (təbii ki, başqa ad, məsələn, AYNA-nın departamenti adı altında) həyata keçirəcək...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR