AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nəqliyyatı Əlaqələndirmə Şurası hansı üstünlüklərə təkan olacaq? - RƏY

  • + A
  • - A
  • 20-04-2023, 00:36

    Nəqliyyatı Əlaqələndirmə Şurası hansı üstünlüklərə təkan olacaq? - RƏY

    Yeni Fərmandan irəli gələn şərtlər əsasında Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Azadmedia.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə Ərşad Hüseynov məlumat verib.
    "Ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır", - deyə ekspert qeyd edib ki, bundan sonra bəhs etdiyim vahidlik RİNN-in tabeliyində həyata keçirilməlidir. Lakin bu, hələ son deyil, çünki Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəısində təkmilləşdirmə işləri, yəni islahatla məşğul olmalıdır. Bu islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin konkret rolu, xüsusən yerli icra hakimiyyətlərinin (loru dildə - şəhər meriyalarının) və bələdiyyələrin rolu müəyyən olunmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR