Keçən il evə aparmaq üçün Shaurma N1-in Binəqədi Parkında yerləşən filialından evə aparmaq üçün şaurma seti aldım, evə çatanda gördüm ki, kartof fri qoyulmayıb. Geri qayıtdım. Qeyd edim ki, aramızdakı məsafədə avtomobil yolu yoxdu, ara küçə ilə 12 dəqiqə yolum var. Onlara irad bildirəndə qapıdakı polislər bildirmişdi ki, ilk adam deyiləm, belə "unutqanlığa" adətkardılar. Bu barədə Azadmedia.az-a da şikayətimi dərc etmişəm.
Təəssüf ki, tədbirlərdə vaxt keçirdiyim üçün evə qayıdanda yolüstü vaxtaşırı belə məkanlara müraciət edirəm. Shaurma N1 bu dəfə də müştəridən qazandığı ilə kifayətlənməyib, rəngi bitmiş printerlə çek verir ki, müştəri ədv yükləyə bilməsin. Çekin fotosunu yerləşdirirəm. Mən 9.30 manat xərcləmişəm. 102-ci müştəriyəm. Elə həmin gün üçün yüklənə bilməyən ədv-lərdən babat məbləğ alınır...
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.