Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılıgı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mayın 3-ü Fəvvarələr meydanında III Autizm Festivalı keçiriləcək. Bu sahədə fəaliyyət göstərən reabilitasiya mərkəzləri və idman klubları öz fəaliyyətlərini ictimaiyyətin diqqətinə çatdıracaqlar. Festivalın keçirilməsində məqsəd Autizm sindromu haqqında cəmiyyəti maarifləndirmək və bu sahəyə diqqəti daha da artırmaqdır. Festival Saat 10:00-da başlayacaq tədbirin bədii hissəsində isə incəsənət nümayəndələri konsert proqramı ilə çıxış edəcəklər. Festival giriş sərbəstdir. Hər bizinizi III Autizm Festivalında gözləyirik. Autizmin fərqindəyik, onların yanındayıq!
Autizm festivalı təşkilat komitəsinin sədri Elnur Məmmədli
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.