Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov Elm və Təhsil Nazirliyinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin müəllimidir.Azadmedia.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Sambo Federasiyasının prezidenti, Əməkdar idman ustası Ceyhun Məmmədov məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.