Son vaxtlar ağacəkmə kampaniyaları sosial mediada paylaşılarkən yazılan rəylər diqqətimi çəkir. Əkin-biçinlə məşğul olanlar bu vaxtı ağacəkmənin düzgün olmadığı yazır, Ekalogiya və təbii sərvətlər nazirliyinin kampaniya üçün uyğun ay seçmədiyini, sadəcə görüntü xatirinə kampaniyalar keçirdiyini yazırlar. Ağac nə zaman əkilsə, çəkilən zəhmət və xərc israf sayılmaz?
Azadmedia.az bu sualla Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik
İbrahim Cəfərova müraciət etdi.
Akademikin sözlərinə görə əslində ağac payız aylarında əkilsə, daha məqsədəuyğundur. Yazda, mart ayında da ağac əkilməsi normaldır.
Aprel-may ayında hansı ağaclar əkilsə, zəhmətlər hədər getməz? - sualına İbrahim müəllim, - təcrübələr göstərir ki, iynəyarpaqlı ağaclara su verə bilsək, ində də əkmək olar - cavabını verib.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.