AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümummilli lideri Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərsu” ASC-də qanvermə aksiyası keçirilib

  • + A
  • - A
  • 5-05-2023, 11:33

    Ümummilli lideri Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərsu” ASC-də qanvermə aksiyası keçirilib

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərsu” ASC-də qanvermə aksiyası keçirilib. Aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədilə təşkil olunub.
    Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb və sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.
    Qanvermə aksiyasında idarə və müəssisələrdə çalışan əməkdaşlar fəal iştirak edib. Donorlar irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırıblar. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsinə dəstək çağırışına uyğun olaraq bu könüllü humanitar aksiyanın keçirilməsi ənənə halını alıb. Bu tədbir ölkəmizdə qan bankının yaradılması, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR