Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il mayın 18-də, saat 10:00-da *Yevlax* rayon prokurorluğunun inzibati binasında *Yevlax, Naftalan, Bərdə, Tərtər, Goranboy, Xocalı rayon və Mingəçevir şəhər* sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin *(012) 361-14-07* nömrəli telefonu, *
contact@prosecutor.gov.az* elektron poçt ünvanı, həmçinin prokurorluğun *sosial şəbəkələrdəki səhifələri* (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.