Qərb sanksiyalarından yayınmaq üçün Rusiya getdikcə daha da müəççalı sxemlərdən istifadə edir. Bildiyiniz kimi, Rusiya Federasiyasının büdcəsinə daxilolmaların əsas maddəsi olan neft ixracına aiddir.
Və bu işdə bəzi azərbaycanlı iş adamları və neft treyderlərinin Moskvaya fəal kömək edir.
Sourcematerial və The Economist nəşrlərinin birgə araşdırmasından sonra, Honkonqda Azərbaycan vətəndaşı Bilal Əliyevin adına qeydiyyatdan keçmiş Bellatrix Energy Ltd şirkətinin Rusiya neftinin Asiya və Afrika ölkələrinə nəqli ilə məşğul olduğu məlum olub.
Eyni zamanda, Honkonqda hüquqi şəxslərin reyestrinə əsasən, 2022-ci il martın əvvəlində Bilal Əliyev bu şirkəti Tayvanın hansısa vətəndaşından alıb və neft ticarəti ilə məşğul olub. Bilal Əliyevin əsas iş ortağı Rusiyanın "Rosneft" dövlət konserni olduğundan Bellatrix şirkəti sürətlə bazara girdi və tankerlərlə Rusiya neftini Asiya və Afrika bazarlarına nəql etməyə başladı.
Britaniyanın The Economist jurnalı tərəfindən təhlil edilən tədarük məlumatlarına görə, bu il Bellatrix tərəfindən alınan neft məhsullarından ibarət 22 yük Rusiyadan göndərilib. Üstəlik, onlardan on doqquzu birbaşa "Rosneft"in rezervuarlarından Hindistan, Çin və Yunanıstanda müştərilərə çatdırılıb.
Ötən ilin dekabr ayında Bilal Əliyevin şirkətinin kredit hesablarına "Rosselxozbank" və "Rosneft" ə məxsus "Regionların inkişafı Bankı" da daxil olmaqla bir neçə bankdan yüz milyonlarla dollar köçürülüb.
Qeyd: Məqalə Eynulla Fətullayevin səhifəsindən götürülüb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.