Ötən həftə müəllimlərin sertifikasiya imtahanı ilə yadda qaldı.
Tez-tez verilən suallardan və çaşdırıdı məqamlardan biri: Müəllimlərin sertifikasiyasından 50 bal toplayanların da maaşı 35 faiz civarında artacaq? Bəs sertifikasiyasan keçib 50-dən az toplayanları nə gözləyir?
Azadmedia.az mövzu ilə bağlı təhsil üzrə ekspert
Elmin Nurinin cavanını təqdim edir:
Könül istərdi ki, belə olsun. Amma bu 35 faiz artım yalnız və yalnız 51-60 bal toplayan müəllimlərə aiddir və sentyabrda tətbiq ediləcək...
Konkret olaraq, 50 bal toplayanlar isə 30-50 bal toplayanlarla birgə 10 faizlik artımla kifayətlənməli olacaqlar.
Xatırladaq ki, sertifikasiyada keçid balı 30 bal olub, 30-dan az bal toplayanlar müsahibə mərhələsinə buraxılmır, onların maaş artımından söhbət gedə bilməz. Onlara 1 il sonra da sertifikasiya imtahanında iştirak şansı verilir. Əgər 2-ci il də keçə bilməsələr, əmək müqaviləsinə xitam verilir.
Amma apellyasiya məsələsi də var. Şanslarını sınaya bilərlər...Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.