AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kənd qadınları üçün yeni layihə

  • + A
  • - A
  • 12-07-2023, 14:00

    Kənd qadınları üçün yeni layihə

    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Şirvan zonasının kənd qadınları üçün “Şirvan zonasında həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması və sahibkalıq bacarıqlarının inkişaf etdirilməsi” informasiya treninq proqramını həyata keçirməyə başlayıb.

    Birliyin sədri Südabə Şirəliyeva açıqlamasında bildirib ki, layihənin Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarını əhatə edəcək: “Qadınların böyük bir hissəsi əmək bazarında könüllü olaraq aktiv iştirak etməkdən imtina edirlər. Belə qadınlar ailəyə və uşaqlara qayğıya daha çox üstünlük verirlər. Bunun əsas səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. 1-5 yaşlı uşaqların cəmi 26,7 faizi uşaq bağçası ilə əhatə olunub. Analar uşaqlarını qoymağa yer tapmadığına görə işləmək imkanlarından məhrum olurlar”.

    QHT sədri həmçinin qeyd edib ki, digər zəruri problem isə qadınların peşəkar mütəxəssis olaraq, əmək bazarında iştirak edə bilməməsidir: “Müasir iş yerləri yüksək elmi, texnoloji bilik və bacarıqlar tələb edir. Təssüf ki, İqtisadi fəal qadınların çoxu tam orta təhsillə bu bazara daxil olur. Qadınlar arasında ixtisas təhsilinin zəifliyi əmək bazarında ümumi peşəkar kadr qıtlığının yaranmasına, uğurlu karyera qura bilməməsinə, məşğulluğun bütün sahələrində gender bərabərsizliyinə gətirib çıxarır. Qadınlar arasında maarifçiliyin zəif olması, eyni zamanda işsizlik həddinin yüksək olması onların sosial müdafiə imkanlarından yararlanmasını məhdudlaşdırır. Qadınların böyük hissəsinin əmək bazarından uzaq qalması sosial müdafiələrində risklər yaradır, ailələrin sosial yaşayışını aşağı salır”.

    Qeyd edək ki, 2 ay ərzində həyata keçiriləcək layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihənin icrası başa çatdıqdan sonra qısa müddətdə təsviri və maliyyə hesabatları hazırlanacaq və Donora təqdim olunacaqdır.

    Məlumat üçün bildirək ki, Birlik 1999–cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 2008 –ci ildən "Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında Xüsusi Konsultativ Statusa malik QHT-dir.

    Elnura Abuşova
    Layihənin informasiya üzrə əlaqələndiricisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR